BAKI, 18 oktyabr. TELEQRAF

NATO ölkələri Ukraynaya artıq köhnəlmiş, o cümlədən İkinci Dünya müharibəsi illərinə aid silahlar göndərir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Moskvanın güc strukturlarındakı mənbəyə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, alyans bu yolla köhnə silahları utilizasiya edir.

“Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin 42-ci ayrı mexanikləşdirilmiş briqadası ABŞ istehsalı olan, 1942-ci ildə silahlanmaya qəbul edilmiş 155 millimetrlik M114A1 haubitsaları alıb”, - deyə mənbə bildirib.

O əlavə edib ki, bu cür silahların müasir döyüş şəraitində effektivliyi çox aşağıdır və onların texniki göstəriciləri yeni modellərlə müqayisədə zəifdir.