BAKI, 18 oktyabr. TELEQRAF

Türkiyənin Sinop vilayətinin Gerze rayonunda fəhlələri daşıyan avtobusla sərnişin avtobusu toqquşub.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində 12 nəfər xəsarət alıb.

Hadisə Sinop–Samsun avtomobil yolunun Kabalı ərazisində baş verib. Məlumata görə, ayaqqabı fabriki işçilərini daşıyan avtobus texniki nasazlıq səbəbilə yol kənarında dayanan sərnişin avtobusuna arxadan çırpılıb.

Qəza yerinə polis, yanğınsöndürən, AFAD və təcili tibbi yardım qrupları cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.