BAKI, 17 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin və Macarıstan Baş naziri Viktor Orban arasında telefon danışığı artıq həyata keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bildirib.
"Viktor Orban Putinlə danışmaq niyyətində olduğunu bildirmişdi və bu danışıq artıq baş tutub",- o qeyd edib.
***
09:44
Bu gün Macarıstanın Baş naziri Viktor Orban və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutacaq.
Teleqraf xəbər verir ki, bu barədə Viktor Orban bildirib.
"Dünən axşam mən ABŞ Prezidenti Donald Tramp ilə telefonla danışdım. Vladimir Putinlə isə bu gün səhər söhbət aparacağam", - o qeyd edib.
Bundan əvvəl Donald Tramp bildirib ki, yaxın zamanda Macarıstanda Vladimir Putinlə görüşməyi planlaşdırır.