BAKI, 16 oktyabr. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah almaniyalı həmkarı Johann Vadephul ilə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Almaniya XİN rəhbəri sabah Türkiyəyə rəsmi səfər edəcək.