BAKI, 15 oktyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) Ukrayna müharibəsinin bitməsi üçün Rusiya ilə razılığa gəlməlidir.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.
O deyib ki, bu məsələ çətin olsa da, diplomatiya yolu ilə həll mümkündür.
Orban nümunə kimi ABŞ-nin vasitəçiliyi ilə Qəzzada əldə olunan sülh sazişini göstərib:
"Dünya artıq bir neçə gündür danışır ki, Donald Tramp Yaxın Şərqdə sülhü necə təmin etdi. Biz avropalılar isə sadəcə kənardan baxdıq".
Baş nazir xəbərdarlıq edib ki, əgər Brüssel ciddi addımlar atmasa, Avropa Ukrayna məsələsində də kənarda qalacaq:
"Ya danışıqlardan kənarlaşdırılacağıq, ya da amerikalılar kimi davranmalıyıq. Bunun üçün isə Rusiya ilə danışıqlar aparmaq lazımdır".