BAKI, 15 oktyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) və NATO-ya üzv ölkələrin müdafiə nazirləri 15 oktyabrda Brüsseldə üç ayrı görüş keçirəcəklər.
Teleqraf xəbər verir ki, görüşlərin əsas mövzusu Ukraynaya silah tədarükü olacaq.
Səhər saatlarında alyansın qərargahında planlaşdırılmış nazirlər toplantısı keçiriləcək. Daha sonra Ukrayna üzrə əlaqə qrupunun müdafiə nazirləri səviyyəsində iclası baş tutacaq. Axşam isə ABŞ, Kanada və Norveç istisna olmaqla, digər iştirakçılar Aİ Şurasının qərargahında qeyri-rəsmi işçi şam yeməyinə toplaşacaqlar. Görüşə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas sədrlik edəcək.
NATO-nun baş katibi Mark Rutte bildirib ki, müzakirələrdə Avropada silah istehsalının, xüsusilə pilotsuz uçuş aparatları, sursatlar, uzaqmənzilli raketlər və hava hücumundan müdafiə sistemlərinin artırılması planları və ABŞ istehsalı silahların yeni sifarişləri nəzərdən keçiriləcək.