BAKI, 13 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Misirin Şarm əş-Şeyx kurortuna gəlib.
Teleqraf xəbər verir ki, o, burada çoxsaylı dünya liderləri ilə Qəzza sülh sazişinin imzalanması mərasimində iştirak edəcək.
Təyyarə Misir qırıcılarının müşayiəti ilə şəhərə gəlib.
***
17:26
ABŞ Prezidenti Donald Tramp İsrail səfərini başa vuraraq Qəzzada atəşkəs sazişinin imzalanması ilə bağlı keçirilən "Sülh Sammiti"ndə iştirak etmək üçün Misirə yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Xatırladaq ki, Misirdə keçiriləcək "Sülh Sammiti"ndə 20-dən çox ölkənin lideri iştirak edəcək.