BAKI, 8 oktyabr. TELEQRAF
ABŞ-də 12-dən çox iri hüquq və texnologiya şirkəti haker hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Məlumata görə, hücumların hədəfi arasında ABŞ siyasətçilərinin maraqlarını təmsil edən hüquq firması "Williams & Connolly" də olub. Şirkət bildirdi ki, hakerlər bəzi elektron yazışmalara giriş əldə edib, lakin məxfi məlumatlar oğurlanmayıb. Həmçinin qeyd olunur ki, keçmiş prezident Bill Klinton və keçmiş birinci xanım Hillari Klinton da həmin şirkətin müştəriləri olub.
Qəzetin məlumatına görə, hücumlarda Çin hakerlərinin iştirak ehtimalı var. FTB araşdırmanın davam etdiyini və hücumların mənbəyinin müəyyənləşdirilməyə çalışıldığını bildirib.