BAKI, 8 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp yenidən Kanadanın Birləşmiş Ştatların tərkibinə daxil olması mövzusuna toxunub.
Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə Kanada Baş naziri Mark Karni ilə görüş zamanı danışıb
Görüşün əvvəlində Karni Trampın iqtisadiyyatda “transformasiya” yaratdığını və NATO üzvlərini daha çox hərbi xərclərə sövq etdiyini qeyd edib. Tramp isə zarafatla söhbəti bölərək “Kanada ilə ABŞ-nin birləşməsi” ifadəsini işlədib. Karni gülümsəyərək “Mən o tərəfə yönəlmirdim” cavabını verib.
Tramp həmçinin Kanadanın baş naziri haqqında müsbət fikirlər səsləndirib.
“O, çox güclü və yaxşı liderdir. Mən istənilən vaxt onun məni təmsil etməsinə razı olardım”, - Tramp vurğulayıb.
Tərəflər ticarət münasibətləri və gömrük rüsumları ilə bağlı fikir mübadiləsi aparıblar.