BAKI, 6 oktyabr. TELEQRAF
Almaniyanın keçmiş kansleri Angela Merkel Polşa və Baltik ölkələrini (Latviya, Litva, Estoniya) Rusiya-Ukrayna müharibəsinin başlanmasında dolayı yolla günahkar sayıb.
Teleqraf xəbər verir ki, Merkel bu barədə Macarıstanın Partizán nəşrinə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə həmin ölkələr Avropa İttifaqı və Rusiya arasında yeni dialoq formatı təklifini dəstəkləməyərək, Ukrayna böhranının həllinə mane olublar.
Keçmiş kansler əlavə edib ki, plan həyata keçməyib, daha sonra isə o,
vəzifəsini tərk edib və bundan sonra müharibə başlayıb.