BAKI, 4 oktyabr. TELEQRAF
Polşa prezidenti Karol Navrotski ölkə ordusunun Almaniya və Litva ilə sərhədlərə göndərilməsi barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə Polşanın Milli Təhlükəsizlik Bürosu məlumat yayıb.
Bəyanata əsasən, silahlı qüvvələr oktyabrın 5-dən 2026-cı il aprelin 4-dək sərhəd mühafizə xidmətinə dəstək məqsədilə sərhəd keçid məntəqələrində və sərhədyanı zonada yerləşdiriləcək. Məqsəd dövlət sərhədinin toxunulmazlığını təmin etmək, eləcə də ictimai asayiş və təhlükəsizliyi qorumaqdır.
Sərhəd bölgəsinə göndərilən hərbçilərin sayı açıqlanmayıb.