BAKI, 3 oktyabr. TELEQRAF
Norveçin Finnmark bölgəsində, Rusiya sərhədinə yaxın ərazidə keçirilən hərbi təlim zamanı itkin düşən son beş hərbçi tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə "NRK" məlumat yayıb.
Bildirilir ki, təlimlərin başa çatmasından sonra 7 hərbçi toplanma yerinə vaxtında gəlməyib və onlarla əlaqə kəsilib.
Axtarış əməliyyatlarına xilasedicilər, polis, silahlı qüvvələr və Qızıl Xaç cəlb olunub.
İlk olaraq gecə saatlarında 2 hərbçi helikopterlə aşkar edilib, qalan 5 nəfər isə səhər saatlarında tapılıb.
***
07:32
Norveçin Rusiya ilə sərhəddə yerləşən Finnmark bölgəsində keçirilən hərbi təlimlər zamanı beş əsgəri itkin düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "TV2" kanalı məlumat yayıb.
Bildirilir ki, polis ərazidə genişmiqyaslı axtarış əməliyyatına başlayıb.
Əvvəlcə 10 əsgərin itkin düşdüyü açıqlansa da, onlardan beşi tapılıb. Qalanlarının axtarışı dronlar və itlərin köməyi ilə davam etdirilir.
Hüquq-mühafizə orqanlarının versiyalarından biri əsgərlərin görüş nöqtəsini səhv salması, digər ehtimal isə bədbəxt hadisə ilə bağlıdır.