BAKI, 29 sentyabr. TELEQRAF
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Bolqarıstanda böyük hərbi baza tikməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Bolqarıstandakı səfiri Eleanora Mitrofanova bildirib.
“Baza İtaliya ilə razılaşma əsasında tikiləcək. Həmçinin yeni silahların alınması, hərbçilərin hərəkətini asanlaşdırmaq üçün dəhlizlərin yaradılması və digər təşəbbüslər də gözlənilir”, - diplomat dəqiqləşdirib.
Mitrofanovanın sözlərinə görə, bununla, birlik üzvü olan ölkələr şərq cinahının daha da hərbiləşdirilməsi niyyətlərini nümayiş etdirirlər.