BAKI, 28 sentyabr. TELEQRAF

Rusiya hava hücumundan müdafiə sistemləri Rostov, Belqorod, Voronej vilayətləri və Krım üzərində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sentyabrın 27-də Moskva vaxtı ilə saat 23:00-dan gecə yarısına qədər ümumilikdə 17 PUA zərərsizləşdirilib. Onlardan 7-si Belqorod, 6-sı Voronej, 3-ü Rostov vilayəti, 1-i isə Krım üzərində vurulub.