BAKI, 27 sentyabr. TELEQRAF

Yeni Zelandiya indiki vəziyyətdə Fələstin dövlətini tanımayacaq.

Teleqraf xəbər verir ki, bu barədə ada dövlətinin xarici işlər naziri Uinston Peter Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.

“Müharibənin davam etdiyi, HƏMAS-ın Qəzzanın de-fakto hökuməti olduğu, növbəti addımlar barədə aydınlığın olmadığı və Fələstin dövlətinin gələcəyi ilə bağlı həddindən artıq açıq sualların qaldığı bir vaxtda Yeni Zelandiyanın bu dövləti tanınması üçün əsaslı səbəb yoxdur”, - Peters deyib.