BAKI, 24 sentyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 80-si sessiyası çərçivəsində iranlı həmkarı Məsud Pezeşkianla görüşəcək.

Teleqraf xəbər verir ki, görüşün nüvə proqramı ilə əlaqədar Tehrana qarşı ağır sanksiyaların yenidən tətbiq edilməsinin qarşısını almaq məqsədi daşıdığı bildirilir.

“Ya İran jest edib sülh və hesabatlılıq yoluna qayıdacaq,... ya da ona qarşı sanksiyalar tətbiq ediləcək”, - Makron BMT Baş Assambleyasının tribunasından deyib.

Makron Pezeşkianla görüşü bu həlledici məsələlərin həlli baxımından fürsət hesab etdiyini söyləyib.