BAKI, 22 sentyabr. TELEQRAF
Böyük Britaniya, Kanada və Avstraliyadan sonra Portuqaliya da Fələstin dövlətini rəsmən tanıyıb.
Teleqraf xəbər verir ki, hökumətin qərarını Portuqaliyanın xarici işlər naziri Paulo Ranjel açıqlayıb.
Portuqaliya Fələstin dövlətini rəsmən tanıyan sonuncu Aİ ölkəsidir.
Xatırladaq ki, Böyük Britaniya, Kanada və Avstraliya bazar günü Fələstin dövlətini rəsmən tanıyıb. İsrail Avropa dövlətlərinin qərarlarını kəskin pisləyib.