BAKI, 19 sentyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 21–23 sentyabr tarixində işgüzar səfərlə Nyu-Yorka səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.

Bildirilir ki, Kasım-Jomart Tokayev 80-ci BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək, bir sıra dövlət və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirəcək.

Səfər çərçivəsində ABŞ iş dünyasının liderləri ilə dəyirmi masa təşkil olunacaq və dünya miqyaslı aparıcı şirkətlərin rəhbərləri ilə görüşlər planlaşdırılıb.