BAKI, 12 sentyabr. TELEQRAF

Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıç Ermənistana səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edilir ki, Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan türkiyəli həmkarı Serdar Kılıçı Ermənistan-Türkiyə sərhədində, Marqara keçid məntəqəsi yaxınlığında qarşılayıb.