BAKI, 12 sentyabr. TELEQRAF

Türkiyə və Ermənistan nümayəndələri birgə layihələr üzərində işləyir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıç İğdırda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yalnız texniki işlərin görülməsi tələb olunur, niyyət baxımından isə heç bir problem yoxdur:

"Bu imkanları dəyərləndirəcəyik və xüsusilə regionun, ümumilikdə isə iki ölkənin iqtisadi həyatına nə kimi töhfələr verilə biləcəyini müəyyən edəcəyik".