BAKI, 11 sentyabr. TELEQRAF
Albaniya dünyada ilk dəfə olaraq süni intellektdən ibarət virtual nazir təyin edib.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Qeyd edilir ki, onun adı Diella, yəni "günəş işığı"dır və o, ölkədə bütün dövlət satınalmalarına nəzarət edəcək.
Albaniyanın Baş naziri Edi Rama bildirib ki, bu addım Albaniyanın gələcəkdə rəqəmsal idarəçilik və süni intellektdən istifadə imkanlarını genişləndirmək məqsədini daşıyır.