BAKI, 9 sentyabr. TELEQRAF

Kremlin təbliğatçısı, “Rossiya Seqodyna” telekanalının baş redaktoru Marqarita Simonyan əməliyyat olunub.

Teleqraf xəbər verir ki, bu barədə o özü “Telegram” yazıb.

Simonyan bir neçə saat əvvəl anesteziyadan ayıldığını qeyd edib.

Xatırladaq ki, daha əvvəl Marqarita Simonyanın xərçəng xəstəliyinə tutulduğu və səhhətində çox ciddi problemlər olduğu barədə xəbərlər yayılmışdı.