BAKI, 7 sentyabr. TELEQRAF
Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Avropa İttifaqı ilə Rusiya arasında təhlükəsizlik sazişinin bağlanması zəruridir.
Teleqraf xəbər verir ki, Orban Ukraynanın parçalanmasının Macarıstanın və Aİ-nin maraqlarına cavab vermədiyini bildirib.
"Ukraynanın Aİ-yə qəbulu yığılıb qalmış problemləri həll etməyəcək", - o qeyd edib.
Macarıstanın Baş nazirinin sözlərinə görə, Aİ ilə Ukrayna arasında münasibətlərin inkişafı üçün strateji tərəfdaşlıq sazişi kifayətdir.