BAKI, 31 avqust. TELEQRAF

Amerikanın Nevada ştatında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanların episentri təxminən 20 min nəfər əhalisi olan Elko şəhərindən 95 km cənub-şərqdə yerləşib.