BAKI, 28 avqust. TELEQRAF

2025-ci ilin birinci yarısında Rusiyanın hərbi xərcləri yeni rekord həddə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun tədqiqatçısı Janis Kluge məlumat paylaşıb.

Ekspert Maliyyə Nazirliyinin məlumatlarına əsaslanaraq apardığı hesablamada, Rusiyanın hərbi xərclərinin 8,484 trilyon rubla çatdığını qeyd edib.

Bu isə ötən ilin eyni dövrü ilə müqaisədə 31 faiz, müharibənin birinci ili ilə müqaisədə təxmini 3 dəfə artım deməkdir.

Məlumata görə, yanvar-mart aylarında büdcə gəlirlərinin 50,1 faizi, iyunun sonuna isə 48,2 faizi müharibəyə yönəldilib.