BAKI, 19 avqust. TELEQRAF
Vaşinqton artıq Kiyevə silah vermir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.
"Biz artıq Ukraynaya silah və pul vermirik", - o deyib.
Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, indi ABŞ Ukraynaya silah satır, Avropa ölkələri isə NATO proqramları vasitəsilə Kiyevə lazım olan silahları almaq üçün pul ödəyir.