BAKI, 15 avqust. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin Alyaska ştatının Ankoric şəhərinə gəlib.
Teleqraf xəbər verir ki, onu ABŞ Prezidenti Donald Tramp qarşılayıb.
Prezidentlər danışıqların keçiriləcəyi məkana eyni maşında gedirlər.
***
22:55
Rusiya Prezidenti Vladimir Putinin təyyarəsi Ankoricə enib.
Teleqraf xəbər verir ki, Donald Tramp rusiyalı həmkarından təxminən 20 dəqiqə tez çatsa da, təyyarədən enməyib.
Onun Rusiya Prezidentini şəxsən qarşılamaq istədiyi bildirilir. Bakı vaxtı ilə saat 23:30-da ikitərəfli görüşün başlaması planlaşdırılır.
Digər məlumata görə, prezidentlərin təyyarələrinin eniş xəttində 4 ədəd F-22 qırıcısısı yerləşdirilib.
***
22.28
ABŞ Prezidenti Donald Trampın təyyarəsi Alyaskaya çatıb.
Teleraf xəbər verir ki, yaxın saatlarda Ankoricdə ABŞ liderinin Rusiya Prezidenti Vladimir Putinlə görşəcəyi gözlənilir.
Göyərtəsində V.Putinin də olduğu təyyarənin Bakı vaxtı ilə 23.00-da enəcəyi bildirilir.