BAKI, 11 avqust. TELEQRAF

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Mersinin Mut rayonunda yerləşən 1316 illik zeytun ağacı haqqında sosial media hesabında paylaşım edib.

Teleqraf xəbər verir ki, Əminə Ərdoğan bu qədim ağacın köklərinin keçmişi, budaqlarının isə gələcəyi simvolizə etdiyini və təbiətin səbri, bərəkəti və möhkəmliyini göstərdiyini bildirib.

“Bütün ağaclar iqlim tarazlığı və həyat üçün vacibdir. Ağaclarımızı qorumaq gələcək nəsillərə buraxacağımız ən dəyərli mirasdır”, - deyə çağırış edib.