BAKI, 11 avqust. TELEQRAF

Türkiyənin paytaxtı Ankarada 3,2 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentri Ankaranın Etimesqut rayonu olub.

Xatırladaq ki, bazar günü axşam saatlarında Sındırgi ərazisində 6,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar nəticəsində 1 nəfər ölüb, 29 nəfər xəsarət alıb, 10-a yaxın bina dağılıb.