BAKI, 11 avqust. TELEQRAF

Yeni Zelandiya Fələstin dövlətinin tanınmasını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə ada dövlətinin xarici işlər naziri Uinston Piters bildirib.

Onun sözlərinə görə, Baş nazir Kristofer Luksonun kabineti sentyabr ayında bu barədə rəsmi qərar qəbul edəcək və hökumətin mövqeyini BMT-nin Liderlər Həftəsində açıqlayacaq.