BAKI, 9 avqust. TELEQRAF

"Əsas diqqəti Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasından yayındırmamaq üçün bu gün digər böyük bəyanatlar səsləndirmədim".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüş zamanı bildirib.

"Bizim digər vacib bəyanatlarımız da var, lakin onları indi səsləndirmədim", - o söyləyib.

D.Tramp qərarını bu gün baş verənləri azacıq da olsa kölgədə qoya biləcək addımlar atmaq istəməməsi ilə izah edib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Görüş zamanı rəsmi Bakı ilə İrəvan arasında sülh gündəliyi, Zəngəzur dəhlizinin açılması və s. məsələlər müzakirə olunub.

Yekunda üç ölkə liderinin görüşünə dair Birgə Bəyannamə imzalanıb.