BAKI, 8 avqust. TELEQRAF

Yaponiya alimləri ilə Novosibirsk Fundamental və Kliniki İmmunologiya Elmi-Tədqiqat İnstitutunun xərçəng xəstəliyinə qarşı CAR-T hüceyrə terapiyasının yaradılması üzrə birgə tədqiqatları dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə institutun direktoru Aleksandr Silkov TASS-a bildirib.

Onun sözlərinə görə, rus qrupu hazırda tədqiqatları müstəqil şəkildə davam etdirir.

CAR-T terapiyası, xərçənglə mübarizə aparmaq üçün xəstənin öz T hüceyrələrinin genetik olaraq dəyişdirildiyi bir immunoterapiya növüdür.

Silkov bildirib: "Düşünürəm ki, uzunmüddətli perspektivdə beynəlxalq təmaslardan qaçmaq olmaz. Elmi sahə informasiya, təcrübə və bacarıqların mübadiləsini tələb edən sahədir. Düşünürəm ki, əlaqələr olacaq".