BAKI, 8 avqust. TELEQRAF
Türkiyənin yeni pilotsuz təyyarəsi “Bayraktar Akıncı” uğurla sınaqdan keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə "Baykar" şirkətinin texniki direktoru və ortaq sahibi Səlcuq Bayraktar sosial şəbəkə hesabında paylaşım edib.
Yeni PUA-lar Ukraynanın “AI-450T” turbovintli mühərrikləri ilə təchiz olunub. Məhz bu mühərrikin texnologiyası yüksək hündürlükdə uçuşlar üçün lazımi təkan verir - zərbə və kəşfiyyat missiyaları üçün geniş imkanlar açır.
Qeyd edək ki, “Baykar” şirkəti 2018-ci ildən “Bayraktar Akıncı” hücum pilotsuz təyyarəsini hazırlamağa başlayıb. 2019-cu ildə məlum olub ki, dron Ukraynanın turbovintli mühərrikləri ilə təchiz edilib.