BAKI, 4 avqust. TELEQRAF
Yaponiyanın paytaxtı Tokioda iyunun 16-dan iyulun 31-dək istidən 56 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Tokio Məhkəmə Tibb İnstitutu məlumat yayıb.
İlkin məlumatlara görə, 16 iyun - 31 iyul tarixləri ərzində Tokioda 56 nəfərin istidən ölüb. İstidən ölənlərin çoxu 70 və yuxarı yaşda olan insanlardır. 56 nəfərdən 54-nün evdə öldüyü, 38 nəfərin kondisioner olduğu, lakin ondan istifadə etmədiyi də müəyyən edilib.
Ölənlərdən 11-i kondisionerdən istifadə etməsinə baxmayaraq ölüb, beşində isə kondisioner olmayıb. Mütəxəssislər, qapalı məkanlarda temperaturun 30 dərəcə Selsidən çox ola biləcəyini qeyd edərək, istidən qorunmaq üçün bol su içməyi və kondisionerdən istifadə etməyi tövsiyə edirlər.