BAKI, 30 iyul. TELEQRAF

Rusiyanın Altay Respublikasında bu səhər yerli vaxtla 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Altay-Sayan Geofizika Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar dağlıq ərazidə, Gorno-Altaysk şəhəri yaxınlığında baş verib.

Dağıntı və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, bu gün Rusiyanın Kamçatka sahillərində güclü 8,7 maqnitudalı zəlzələ baş verib.