BAKI, 21 iyul. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan və İranın XİN başçısı Abbas Əraqçi arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Qəzzada və Suriyadakı vəziyyət müzakirə olunub.
XİN rəhbərləri həmçinin cümə günü İstanbulda keçiriləcək nüvə danışıqları barədə fikir mübadiləsi aparıblar