BAKI. 16 iyul. TELEQRAF

Ölkələr ABŞ dollarından imtina edir və ticarəti milli valyutalarda aparmağa üstünlük verirlər. Bu, ABŞ-ni təcrid təhlükəsi ilə üz-üzə qoyur.

Teleqraf xəbər verir ki, ABŞ müdafiə nazirinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor belə hesab edir.

"Bəzi ölkələr indi bir-biri ilə ticarət əməliyyatlarını öz valyutalarında aparır. Yaponiya və Çin, Rusiya və Çin, İran və Çin. Onlar dollardan imtina etdikcə ABŞ təcrid olunmuş vəziyyət düşür”, - o, “X” sosial şəbəkəsində yazıb.