BAKI, 11 iyul. TELEQRAF

PKK terror təşkilatı bu gündən silahı yerə qoymağa başlayacaq.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, prosesin yerli vaxtla saat 10-dan başlayacağı gözlənilir.

Təşkilatın tamamilə sıradan çıxarılması və bütün silahların məhv edilməsinin üç-dörd ay çəkəcəyi gözlənilir.

Qeyd edək ki, bir müddət öncə PKK lideri Abdullah Öcalan həbsxanadan tərəfdarlarına çağırış edib. O, rəhbəri olduğu təşkilatın missiyasının yekunlaşdığını bildirərək, PKK üzvlərinə tərksilah olmalarını söyləyib.