BAKI, 3 iyul. TELEQRAF
Türkiyədə qəzaya uğrayan “M20J” tipli birmühərrikli təyyarənin qalıqları tapılıb.
Teleqraf “TRT Haber”ə istinadən xəbər verir ki, təyyarədəki qadın sərnişin sağ qalıb, pilot Mehmet Demirci isə ölüb.
Məlumata görə, təyyarə Ərzurumun Bayburtla sərhəddə yerləşən Pazaryolu ərazisində qəzaya uğrayıb.
***
22:34
Türkiyədə təyyarə qəzası baş verib.
Teleqraf “CNN Türk”ə istinadən xəbər verir ki, Əskişəhərdən havaya qalxan “M20J” tipli birmühərrikli təyyarə Ərzurum-Bayburt-Rizə sərhədində qəzaya uğrayıb.
Təyyarədə olan pilot Mehmet Demirci və Hicran Kayanın itkin düşdüyü bildirilir.
Axtarış-xilasetmə işləri davam edir.