BAKI, 25 iyun. TELEQRAF

ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff Vaşinqtonun Tehranla hərtərəfli sülh sazişi bağlaya biləcəyinə əminliyini ifadə edib.

Amerika rəsmisi “Fox News” kanalına müsahibəsində belə deyib.

Uitkoff bildirib: "Düşünürəm ki, İranla oturub hərtərəfli sülh sazişi əldə etməyin vaxtıdır. Bunu edəcəyimizə tam əminəm".

O, Vaşinqtonun potensial razılaşmanın şərtlərinə əsasən Tehrana uranı zənginləşdirməyə icazə vermək niyyətində olub-olmaması ilə bağlı suala da cavab verib: "Xeyr, İranın uranı zənginləşməyə ehtiyacı yoxdur".