BAKI, 15 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Vaşinqtonda keçirilən hərbi paradda olublar.

Teleqraf “NBC News” telekanalına istinadən xəbər verir ki, dövlət başçısı və ABŞ-nin birinci xanımı Konstitusiya prospektindəki müşahidə meydançasına gəliblər.

Parad ABŞ ordusunun yaradılmasının 250 illiyinə və Trampın 79-cu doğum gününə təsadüf edib.

“Reuters” agentliyinin məlumatına görə, Vaşinqtonda keçirilən hərbi parad Amerika büdcəsinə 25-45 milyon dollara başa gələcək.

Agentlik qeyd edir ki, xərclərə texnika keçdikdən sonra yol təmiri daxil deyil.

Tədbirdə 6600 hərbçinin, 50 təyyarənin və 150 ​​yerüstü texnikanın iştirak edəcəyi gözlənilir.