BAKI, 6 iyun. TELEQRAF

Tramp administrasiyası ABŞ Ali Məhkəməsinə ərizə ilə müraciət edərək, Təhsil Departamentinin ləğvi prosesinə başlamaq üçün icazə istəyib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Təhsil Departamenti ölkədə 100 minə yaxın dövlət və 34 min özəl məktəbə nəzarət edir.

ABŞ Prezidenti Donald Trampın departamenti ləğv etmək səyləri onun federal hökumətin kiçildilməsi və yenidən təşkili üzrə daha geniş kampaniyasının bir hissəsidir.

Bildirilir ki, şöbəni bağlamaq çoxdan amerikalı mühafizəkarların məqsədi olub.

Yada salaq ki, mart ayında Tramp ölkənin Təhsil Nazirliyinin ləğvi prosesinə başlamaq üçün fərman imzalayıb.