BAKI, 5 iyun. TELEQRAF
Berlindən Milana uçan “Ryanair” təyyarəsinin hava turbulentliyi ilə qarşılaşması nəticəsində azı 7 nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə "DPA" xəbər agentliyi yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində 170-ə yaxın sərnişin olub. Təyyarə Almaniyanın cənubundakı Memmingen hava limanına məcburi eniş edib.
Polisdən bildirilib ki, 7 nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya aparılıb. Qadın sərnişinlərdən biri kəllə-beyin travması alıb. Sərnişinlərin həyatı üçün təhlükə yoxdur.
Hadisə yerində polis əməkdaşları işləyir.