BAKI, 30 may. TELEQRAF
Kanadanın bir neçə qərb əyalətində genişmiqyaslı meşə yanğınları davam edir.
Teleqraf xəbər verir ki, bu barədə “CBC News” məlumat yayıb.
Məlumatda bildirilir ki, güclü küləklər, quraq hava və yüksək temperatur səbəbindən alov sürətlə yayılır və bu, yanğınsöndürmə işlərini çətinləşdirir. Minlərlə sakinə təxliyə əmri verilib. Əyalətlərdə 30 günlük fövqəladə vəziyyət elan olunub.