BAKI, 29 may. TELEQRAF

İsveçrədə Alp dağlarından qopan buzlaq nəticəsində yaranan sürüşmə bir kəndi tamamilə dağıdıb.

Teleqraf xəbər verir ki, İsveçrənin Valais kantonunun Lötschental vadisində yerləşən Blatten kəndi Alp dağlarından qopan buzlaqın yaratdığı sürüşmə nəticəsində dağılıb.

Səlahiyyətlilər 1 nəfərin itkin düşdüyünü və 200 əhalisi olan kəndin ehtiyat tədbiri olaraq mayın 19-da boşaldıldığını açıqlayıb.

Kənd minlərlə ton palçıq və buzun altında qalıb.

Blatten şəhərinin meri Mattias Bellvald sürüşmədən sonra mətbuat konfransında deyib: "Biz kəndimizi itirdik. Kənd dağıntılar altındadır. Biz onu yenidən quracağıq".