BAKI, 26 may. TELEQRAF

Böyük Britaniya Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd təşkil etməyə qadirdir.

Teleqraf xəbər verir ki, bunu NEWS.ru-ya açıqlamasında Dövlət Dumasının deputatı Andrey Kolesnik deyib.

O qeyd edib ki, Avropa İttifaqı ölkələri Rusiyaya qarşı dost mövqedə deyil, ona görə də Böyük Britaniya Putinin İtaliya üzərində uçan təyyarəsini vura bilərdi.

Deputat vurğulayıb ki, ingilislərə etibar etmək olmaz. O xatırladıb ki, London Rusiyanı dəfələrlə aldadıb.

Mayın 24-də politoloq Sergey Markov bəyan edib ki, Rusiya tərəfi Putinin təhlükəsizliyinə görə Vatikanda Ukrayna nümayəndə heyəti ilə danışıqların növbəti raundunun keçirilməsinə razılıq verməyəcək. O qeyd edib ki, Britaniya xüsusi xidmət orqanları Rusiya dövlət başçısının təyyarəsini vura bilər.