BAKI, 19 may. TELEQRAF
ABŞ-nin keçmiş prezidenti Co Baydenə prostat xərçənginin "aqressiv forması" diaqnozu qoyulub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin 46-cı prezidentinin ofisinin bəyanatında deyilir.
"Cümə günü onda Qlison şkalası üzrə 9 bal (5-ci qrup) ilə xarakterizə olunan və sümüklərə metastaz vermiş prostat xərçəngi aşkarlanıb", - bəyanatda qeyd olunur.
Məlumatda deyilir ki, Bayden ötən həftə "sidik ifrazı zamanı simptomlar yarandıqdan sonra prostat vəzində düyün aşkarlanması ilə əlaqədar" müayinə olunub.
"Xəstəliyin daha aqressiv forması olmasına baxmayaraq, xərçəng hormonlara həssasdır, bu da onu effektiv şəkildə müalicə etməyə imkan verir", - bəyanatda bildirilir.