BAKI, 17 may. TELEQRAF

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətinin Belopolye yaxınlığında mülki şəxslərin olduğu avtobusa dron hücumu nəticəsində 9 nəfər həlak olub, 7 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.

“Rusiya ordusunun mülki şəxslərin olduğu avtobusa hücumu nəticəsində ölənlər var. İlkin məlumata görə, 9 nəfər həlak olub, 7 nəfər yaralanıb, ", - o qeyd edib.