BAKI, 15 may. TELEQRAF

Bu gün Türkiyənin Konya şəhərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar paytaxt Ankara və ətraf bölgələrdə də hiss olunub.