BAKI, 13 may. TELEQRAF

Mayın 12-nə keçən gecə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Şimali Londonda yerləşən evində yanğın baş verib.

Teleqraf “The Telegraph”a istinadən xəbər verir ki, yanğın təxminən gecə saat 01:35 radələrində baş verib. Hadisənin səbəbləri açıqlanmasa da, alovun evin giriş hissəsinə ziyan vurduğu bildirilir. Yanğını 20 dəqiqə ərzində lokallaşdırmaq mümkün olub, hadisə nəticəsində heç kim xəsarət almayıb.

Hadisəni terrorla mübarizə polisi araşdırır.

"Baş nazir təcili yardım xidmətlərinə təşəkkür edir. Hadisə real vaxt rejimində araşdırılır, əlavə şərh verilməyəcək", - məlumatda deyilir.